ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz Milli Təhlükəsizlik Şurasının 160-a yaxın əməkdaşını müvəqqəti olaraq işdən uzaqlaşdırıb.
“İki sahil”in “Associated Press”ə istinadla verdiyi məlumata görə, əməkdaşlar yeni administrasiyanın ştat cədvəli nəzərdən keçirilənə və Donald Trampın gündəliyinə uyğunlaşdırılana kimi işləməyəcəklər.
Trampın müşaviri inauqurasiyadan əvvəl Bayden dövründə şurada işləyən əməkdaşların əvvəl işlədikləri yerə qaytarılacaqlarına dair açıqlama vermişdi.