01 fevral 2025 17:33
105

Almaniyanın doqquzuncu Prezidenti vəfat edib

Almaniya Federativ Respublikasının doqquzuncu Federal Prezidenti Horst Köhler 81 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, sabiq Prezident ağır xəstəlikdən dünyasını dəyişib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Horst Köhlerin vəfatı ilə bağlı həyat yoldaşına göndərdiyi başsağlığı məktubunda bildirib: “Ölkəmiz üçün və dünyada böyük xidmətləri olan çox nüfuzlu və son dərəcə sevilən bir insanı itirdik”.

Qeyd edək ki, 1943-cü ildə Polşanın Skierpiszov qəsəbəsində doğulan Horst Köhler 2004-cü il mayın 23-də Xristian Birlik partiyalarının (CDU/CSU) və Azad Demokrat Partiyasının (FDP) namizədi kimi Almaniyanın doqquzuncu Prezidenti seçilib. O, 2009-cu il mayın 24-də ikinci müddətə Prezident seçilsə də, bir il sonra - 2010-cu il mayın 31-də vəzifəsindən istefa verib. Onun istefasına səbəb Əfqanıstandakı Almaniya hərbi kontingentini ziyarət edərkən ölkəsinin ticari maraqlarının qorunması işində alman hərbçilərinin də iştirakı barədə açıqlamasının mediada geniş tənqid edilməsi və bununla bağlı yaranan mübahisələr səbəb olmuşdu.

H.Köhler Prezident olmamışdan əvvəl Beynəlxalq Valyuta Fondunun icraedici direktoru (2000-2004), Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti (1998-2000) və ölkəsində bir sıra vəzifələrdə işləyib.