06 fevral 2025 08:28
95

Aviaşirkət: Fransa axının əksinə hərəkət edir

İrlandiyanın “Ryanair” aviaşirkəti Fransaya uçuşları minimuma endirə bilər.

“İki sahil” xəbər verir ki, şirkət Fransanın 2025-ci il büdcə layihəsində aviabiletlərə əlavə vergi tətbiq ediləcəyi halda bu addımı atacaq. Şirkətin direktoru Maykl O’Liri bildirib ki, “Fransa onsuz da yüksək xərclər olan ölkədir. Əgər onsuz da yüksək olan vergilər bir daha artırılarsa, biz fəaliyyətimizi məhdudlaşdıracağıq”.

Baş direktor vurğulayıb ki, digər Avropa ölkələri aviasiya sahəsində vergiləri azaltdığı halda, Fransa axının əksinə hərəkət edir.

Qeyd edək ki, Fransanın 2025-ci il üçün büdcə layihəsində ekonom sinifdə təyyarə biletləri üçün verginin 2,63 avrodan 7,30 avroya qaldırılması təklif edilib.