06 fevral 2025 16:23
82

Kallas Suriyanın xarici işlər nazirini Brüsselə dəvət edib

Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas Suriyanın xarici işlər naziri Əsəd əl-Şibanini Brüsselə səfərə dəvət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə brifinqdə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Ənvər əl-Anuni məlumat verib.

"Mən təsdiq edə bilərəm ki, Aİ-nin baş diplomatı Ər-Riyaddakı görüşü zamanı Əsəd Şeybanini Brüsselə səfərə dəvət edib", - deyə əl-Anuni bildirib.

Kaja Kallasın daxil olduğu Aİ nümayəndə heyəti Ər-Riyadda səfər edib. O, Səudiyyə Ərəbistanının paytaxtına Yaxın Şərq və Avropa ölkələrinin, eləcə də ABŞ nümayəndələrinin iştirakı ilə Suriya nizamlanması üzrə danışıqlar aparmaq üçün gedib. Səudiyyə Ərəbistanında Kallas Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani ilə görüşüb.