06 fevral 2025 16:26
88

Bütün tərəflərin fikirləri nəzərə alınmalıdır - Keyt Kelloq

krayna nizamlanması planlarında bütün tərəflərin fikirləri nəzərə alınmalıdır.

“İki sahil” "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə  ABŞ prezidentinin Ukrayna nizamlanması üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

"Biz əmin olmalıyıq ki, bütün tərəflərin fikirləri nəzərə alınır... Biz bu cür üzbəüz müzakirələrə çatanda, o zaman güzəştlər üzərində işləyə bilərik", - deyə, Kelloq bildirib.

Bundan əvvəl Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyan etmişdi ki, Moskva və Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması məsələsində ilkin təmaslar aparır.