06 fevral 2025 16:30
90

Donald Tusk dövlət çevrilişində ittiham olunur

Hazırda Polşanı idarə edən liberal koalisiya ilə müxalifətdə olan mühafizəkar Hüquq və Ədalət (PiS) partiyası arasında uzun müddətdir davam edən qarşıdurma yeni müstəviyə keçib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  əvvəlki hökumətin sadiq tərəfdarı olan Polşa Konstitusiya Məhkəməsinin rəhbəri mütəşəkkil qruplaşmanın tərkibində “dövlət çevrilişi etmək” ittihamı ilə baş nazir Donald Tusk və onun tərəfdaşlarına qarşı cinayət işi açıldığını elan edib.

PiS lideri Yaroslav Kaçinski bu qərarı alqışlayıb. Baş nazir Tusk rəqiblərinin bu hərəkətinə sadəcə gülümsəyib.

Polşa Konstitusiya Məhkəməsinin rəhbəri Boqdan Sviçkovski baş nazir Donald Tusk, bir sıra hökumət nazirləri, parlamentin hər iki palatasının spikerləri, eləcə də müxtəlif hakim və prokurorlara qarşı səs-küylü ittihamlar irəli sürüb. O, ifadəsində onları “mütəşəkkil cinayətkar qrupun tərkibində... Polşanın konstitusiya sistemini dəyişdirmək məqsədi ilə” fəaliyyət göstərməkdə ittiham edib.