07 fevral 2025 16:05
93

İfşa olunan USAID-in tarixin arxivinə göndərilməsi qaçılmaz olacaq - AÇIQLAMA

Tramp administrasiyası USAID-nin layihələrini dayandırıb. Proseslər onu göstərir ki, tezliklə USAID-in tarixə qovuşması qaçılmaz olacaq. Demək olar ki, hər gün açıqlanan yeni məlumatlatr USAID-in əsl mahiyyətini, maliyyələşdirdiyi layihəlri ifşa edir.

Bu fikirlri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirdi.

Onun sözlərinə görə əslində USAİD humanitar missiya adı altında siyasi təbliğatla məşğul olub. Bu qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə müdaxilə etmək məqsədilə qaranlıq layihələri maliyyələşdirmək olub. Açlqlanan məlumatlara görə USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT maliyyələşdirib. Sadəcə elə bu fakt  Azərbaycanla bağlı beynəlxalq mediada aparılan çirkin kampaniyanın arxasında kimin dayandığını anlamaq üçün yetərlidir. Bu təşkilatın Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda  destruktiv fəaliyyəti də hər kəsə məlumdur.

Deputat qeyd etdi ki, USAID-in qaranlıq fəaliyyəti ifşa olunduqca bir-birinin ardınca ölkələrdən qovulur. Ona görə də hesab eidrəm ki, Tramp administrasiyasının USAID-i tarixin arxivinə göndərməsi ən doğru addım olar.

Şəmsiyyə Əliqızı, “İki sahil”