İsrail Həbsxana Xidməti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılaşma çərçivəsində fələstinli məhbusların azad edilməsi prosesinə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, məhbuslar “Ofer” həbsxanasından çıxarılır və avtobuslara yerləşdirilir, onlar azadlıqlarına qovuşacaqları yerlərə çatdırılacaqlar.
Qeyd edək ki, bu gün Qəzza zolağında saxlanılan 3 israilli girovun qaytarılması müqabilində 183 fələstinli məhbus İsrail həbsxanalarından azad edilməlidir.