08 fevral 2025 14:14
82

Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda kirayə yaşadığı evdən 3 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.