08 fevral 2025 14:20
79

Gürcüstanda Saqareco meriyasının əməkdaşı qətldə şübhəli bilinərək saxlanılıb

Gürcüstanda Saqareco meriyasının əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.

38 yaşlı kişinin meyiti ötən gün tapılıb. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, odlu silahdan açılan atəşlə ölümcül yaralanıb.

İstintaq qətlin mübahisə zəminində baş verdiyini ehtimal edir. Təqsirləndirilən şəxsin bələdiyyə əmlakının idarə olunması xidmətində işlədiyi məlumdur.

Hadisəni törədən şəxs olay yerindən qaçıb, lakin polis isti izlərlə onu saxlaya bilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə davam etdirilir. O, 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.