"Mən Baş Qərargahdan Donetsk və Kursk vilayətlərindəki vəziyyətlə bağlı hesabat aldım. Kursk əməliyyatının keçirildiyi ərazilərdə yeni hücumlar həyata keçirildi. Rusiya növbəti dəfə öz qoşunları ilə yanaşı Şimali Koreya əsgərlərini də yerləşdirdi. Yüzlərlə rus və Şimali Koreya əsgəri məhv edildi. Bu, çox vacibdir, çünki Rusiya ərazilərindəki döyüşlər daha çox şəhərlərimizdə və bölgələrimizdəki döyüşlərin qarşısını alır”.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı müraciətində deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”