08 fevral 2025 16:25
88

Çində sürüşmə nəticəsində 30 nəfər dağıntı altında qalıb

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində 30 nəfər dağıntı altında qalıb.

“İki sahil” xəbər verir ki, təbii fəlakət yerli vaxtla günorta saat 12 radələrində İbin şəhərinin Cinpin kəndində baş verib. Sürüşmə nəticəsində bir neçə ev dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. İki nəfər sağ tapılıb.