08 fevral 2025 16:05
91

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında Avropa İttifaqının Ali Nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Kaia Kallasi və genişlənmə üzrə Avropa komissarı Marta Koscinin Gürcüstandakı mövcud vəziyyətlə bağlı bəyanatlarına cavab verib.

“İki sahil” xəbər verir ki, Ş.Papuaşvili onları ikiüzlülükdə günahlandırıb.

Onun sözlərinə görə, səhvləri etiraf etmək, zorakı etirazları pisləmək və Avropa Demokratiya Fondunun (EED) maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar irəli sürmək yersiz və ədalətsizdir.

Papuaşvili yazıb: “Avropa İttifaqının ATƏT/DTİHB-nin seçki hesabatını tanımayan qurumlarının rəhbərlərinin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”.