İsveçin Örebro şəhərində məktəbdə baş verən atışmada ölənlərin əksəriyyəti miqrantlardır.
“İki sahil” xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Polis hələlik bu məlumatı təsdiqləməyib. Atışmanın nifrət cinayəti olub-olmaması ilə bağlı suala istintaq qrupunun rəhbəri Lars Broms deyib: “Bu, istintaq qrupu ilə müzakirə etməli olduğunuz bir məsələdir, bizim vəzifəmiz 11 qurbanı müəyyən etmək idi”.
Qurbanlar arasında Örebro bələdiyyəsinin bir neçə əməkdaşı da var. “Aftonbladet”in məlumatına görə, atəş açan Rikard Andersson iş üçün müraciət etmədiyinə görə sosial təminat müavinətlərini itirib və bu, onu sosial xidmətlərə qarşı qisas aktı kimi cinayəti törətməyə sövq edə bilər.
Polis fevralın 7-də atışma zamanı həlak olanların şəxsiyyətini müəyyənləşdirib. 35 yaşlı Andersson da daxil olmaqla, 28-68 yaşlarında olan yeddi qadın və üç kişi öldürülüb. Yaşı 18-dən yuxarı olan yaralılardan 5-i hələ də Örebro Universiteti Xəstəxanasında müalicə olunur, onlardan ikisi reanimasiyadadır. Hazırda hüquq-mühafizə orqanları cinayətkarın ideoloji motiv olmadan təkbaşına hərəkət etdiyini düşünür.
KİV-in məlumatına görə, Andersson bir neçə növ silah üçün lisenziyaya malik olub və qətli törətmək üçün böyük ov ovlamaq üçün nəzərdə tutulmuş yarı avtomatik tüfəngdən istifadə edib.
Bundan əvvəl də atışma qurbanları arasında Suriya və Bosniya və Herseqovina vətəndaşlarının olduğu bildirilmişdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”