Avtomobil istehsalçısı "Porsche" ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) idxal olunan avtomobillərə qoyulan rüsumları artırmaq ehtimalı qarşısında xüsusilə zəif vəziyyətdədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda "Porsche"də satışlar azalır, gəlirlər aşağı düşür və yüksəksəviyyəli menecerlər işdən çıxarılır.
Bildirilir ki, əgər rüsumlar 10%-dən yüksək olarsa, "Porsche" istehsalın bir hissəsini ABŞ-yə köçürmək imkanını nəzərdən keçirməli olacaq. Lakin şirkət istehsalın köçürülməsi üçün böyük investisiyalar etməyə imkan tapmayacaq.
Belə ki, rüsumlar 2.5%-dən 10%-ə qədər artırılsa, bu, alman avtomobil istehsalçılarının gəlirlərini 2.1 milyard avro azaldacaq.