Ekvadorda prezident və parlament seçkisi keçirilir.
“İki sahil” xəbər verir ki, ali dövlət vəzifəsinə 16 namizəd, o cümlədən hazırkı Prezident Daniel Noboa var.
Onun əsas rəqibi, solçu "Vətəndaş İnqilabı" hərəkatının namizədi və keçmiş Prezident Rafael Korreanın (2007-2017) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luiza Qonsalesdir.
"Ipsos" sosioloji araşdırma mərkəzi tərəfindən açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, Noboa üçün 45,5%, Qonsales üçün isə 31,3% seçici səs verməyə hazırdır. Qalibiyyət üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamaq lazımdır, lakin ən yaxın rəqibdən ən azı 10 faiz bəndi fərqi olmalıdır. Əgər 9 fevral tarixində heç bir namizəd lazımi dəstəyi əldə edə bilməsə, 13 apreldə ölkədə ikinci tur seçki keçiriləcək.
Ekvador vətəndaşları bu gün həmçinin birpalatalı parlamentin 151 deputatını seçməli olacaqlar.