13 fevral 2025 08:09
84

Ağ ev: Tramp Putinlə rəqabətə baxmayaraq, diplomatiyanı vacib görür

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə regionda rəqib kimi baxır, lakin diplomatik münasibətləri qorumağı vacib hesab edir.

“İki sahil” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karolin Levitt deyib.

Qeyd edib ki, Tramp dəfələrlə dünya liderləri ilə diplomatik əlaqələr saxlamaq imkanını dəyərləndirib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Tramp təxminən bir saat yarım danışıblar.