13 fevral 2025 08:52
88

Kuba XİN: USAID həmişə ölkədə nizamı pozmaq üçün pərdə olub

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) həmişə Kubada konstitusiya quruluşunu sarsıtmaq üçün pərdə olub.

“İki sahil” xəbər verir ki, bunu Kubanın Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriqes Parrilla teleqram kanalında deyib.

Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qeyri-qanuni əməliyyatlar aparmaq üçün 6 milyon dollardan çox istifadə edib. 2001-ci ildən 2006-cı ilə qədər USAID kubalıları hədəf alan 142 qeyri-qanuni layihə və fəaliyyətə 61 milyon dollar ayırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.