13 fevral 2025 09:09
89

Olaf Şolts yenidən Kansler seçilmək şansını qiymətləndirib

Almaniyanın Kansleri, Sosial Demokrat Partiyasının (SPD) əsas namizədi Olaf Şolts seçkilərə on gün qalmış özünün yenidən seçilmək şansını qiymətləndirib.

“İki sahil” xəbər verir ki, Kansler “Spiegel” qəzetinin sualını cavablandırarkən yenidən seçilmək şansının 60 faiz dəyərləndirib. O, xeyli sayda seçicinin hələ də qərarsız olduğunu vurğulayıb.

Kansler mümkün koalisiya tərəfdaşları haqqında danışmaqdan imtina edərək, bunun yalnız fərziyyələr olduğunu və vəziyyətin ciddiliyinə uyğun gəlmədiyini qeyd edib.

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçiriləcək. Ölkədə mütəmadi aparılan rəy sorğularının nəticələrinə əsasən, Olaf Şolts əsəas rəqibindən – Xristian Birlik partiyalarının (CDU/CSU) namizədi Fridrix Mertsdən xeyli geri qalır. Belə ki, Birlik rəy sorğularında 29-34 faizlik göstərici ilə ilk sıradadır. İkinci yerdə şansları 20-22 faiz səviyyəsində qiymətləndirilən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası gəlir. Kanslerin partiyası SPD isə 15-17 faizlə üçüncü sıradadır.