Tayvanın qərbində yerləşən Tayçjun şəhərindəki univermaqda baş verən partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Focus Taiwan” yanğınsöndürmə xidmətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Ərazidə yanğınsöndürənlər və həkimlər işləyir.
Ehtimal olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.
Baş verənlərin təfərrüatları araşdırılır.