15 fevral 2025 08:46
119

Misli Premyer Liqasında 23-cü turu Sumqayıtda başlayacaq

Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək. 

“İki sahil” xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək. 

Hazırda “Zirə” 39 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb. 

Kubok da nəzərə alınsa, “Gənclik şəhəri”nin təmsilçisi 7 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb. 

Cari mövsüm bu komandaların qarşıdurmasında “Zirə”nin üstünlüyü var. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib. 

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək. 

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” - “Zirə”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16 fevral 

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”

19:00. “Neftçi” - “Qarabağ”

17 fevral 

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”