Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutacaq.
"Gəncə" evdə "Abşeron"la üz-üzə gələcək. Gəncə İdman Sarayında reallaşacaq görüş 15:00-da başlayacaq.
Hazırda "Abşeron" turnir cədvəlində 26 xalla birinci pillədə qərarlaşıb. Üçüncü olan "Gəncə"nin isə 17 xalı var.
Yüksək Liqa
Qadınlar
XI tur
15 fevral
15:00. "Gəncə" - "Abşeron"
Gəncə İdman Sarayı
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində "Azərreyl" "Milli Aviasiya Akademiyası"nı 3:1 hesabı ilə məğlub edib. "Murov Az Terminal" isə UNEC-i 3:0 hesabı ilə üstələyib.