Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqları ABŞ-ın əvvəlki administrasiyasının yaratdığı qlobal problemlərin həlli üçün gərgin işin başlanğıcı adlandırıb.
“İki sahil” xəbər verir ki, “Sputnik” radiosunun efirində danışan Zaxarova deyib: "Bunlar sadəcə təmaslar deyil, danışıqların başlanğıcı deyil, bu, inşallah, nəinki ikitərəfli münasibətlərin bərpası, həm də ABŞ-ın əvvəlki administrasiyasının yaratdığı qlobal problemlərin həlli üçün zəhmətkeş işin başlanğıcıdır".
Məhərrəm Ağalaroğlu, “İki sahil”