19 fevral 2025 10:22
131

Pakistanın Bəlucistan əyalətində silahlılar 7 avtobus sərnişinini öldürüb

Pakistanın Bəlucistan əyalətində yeddi avtobus sərnişini terrorçular tərəfindən öldürülüb.

“İki sahil” xəbər verir ki, naməlum silahlı şəxslər sərnişin avtobusunu saxlayaraq atəş açıblar. Daha sonra onlar avtobusdakı yeddi nəfəri yaxınlıqdakı dağa apararaq güllələyiblər.

Məlumata görə, avtobus Kvettadan Pakistanın üçüncü ən böyük şəhəri Feysalabada gedirmiş və içərisində 45 sərnişin olub.

Hücumdan az sonra təhlükəsizlik və polis orqanları ərazini mühasirəyə alıb və axtarış əməliyyatına başlayıb.