19 fevral 2025 09:00
135

Hindistanda pirotexniki vasitələrin partlayışı nəticəsində onlarla insan xəsarət alıb

Hindistanın cənubunda, Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi pirotexniki vasitələrin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə NDTV polisə istinadən məlumat yayıb.

Pirotexniki vasitələr tribunaların yaxınlığında, tamaşaçıların qarşısında partladılıb. Nəticədə ətrafdakıların üzərinə qığılcımlar düşüb.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Polis araşdırma aparır.