ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) milyarder rəhbəri Elon Mask “X” sosial media platforması hesabında ABŞ Sosial Təhlükəsizlik İdarəsinin məlumat bazasından olduğunu iddia etdiyi cədvəli paylaşıb.
“İki sahil” xəbər verir ki, o, qeyd edib: "Bəlkə alaqaranlıq gerçəkdir və Sosial Təminat müavinətləri alan çoxlu vampir var".
Cədvəl göstərir ki, yaşı 100 və yuxarı olan 20 milyondan çox insan var.
Cədvəldə 1 milyondan çox insanın 150-159 yaş arasında, 1 nəfərin isə yaşının 360 yaşdan yuxarı olması diqqət çəkir.
Mövzu ilə bağlı başqa bir açıqlama verən Mask, Sosial Müdafiə Qurumunun sisteminin necə işlədiyini heç kimin bilmədiyini ifadə edərək, qurum ilə Xəzinədarlıq İdarəsi arasında ödəniş fayllarında əhəmiyyətli uyğunsuzluqlar olduğunu iddia edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”