Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqları Vaşinqtonun Moskva ilə münasibətlərə yanaşmasında əhəmiyyətli dəyişikliyi göstərir.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr yazır ki, avropalılar Ağ Ev rəhbəri Donald Trampın eyni zamanda avropalı müttəfiqlərinə “etibarsız” davranan Rusiyaya qarşı dönüşünü görürlər.
“Hər iki ölkənin yüksək rütbəli rəsmiləri arasında görüş Amerikanın Moskvanı təcrid etmək üçün üç illik səylərindən sonra açıq-aydın dostluq nümunəsdir”, - nəşr qeyd edib.
Qəzetin müəlliflərinin fikrincə, danışıqlar Tramp administrasiyasının Qərbin “Rusiyanı Avropadakı münaqişəyə görə cəzalandırmaq” cəhdlərindən uzaqlaşmaq istəyini nümayiş etdirir.