Türkiyənin nəhəng neft holdinqi Tüpras ABŞ-ın sanksiyaları səbəbindən Rusiya neftinin alışını dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Tüprasın Rusiyadan neft məhsullarının idxalını tamamilə dayandırıb- dayandırmayacağı hələlik bəlli deyil.
"Son sanksiyalara görə biz Urals xam neftinin alınmasını dayandırdıq və son partiyaları fevralda alacağıq", - deyə, Tüprasın investorlarla əlaqələr üzrə baş direktoru Levent Bayar "Reuters" agentliyinə bildirib.
Kpler analitik şirkətinin məlumatına görə, 2024-cü ildə Tupras gündəlik 225 min barel Rusiya nefti idxal edib. Bu, illik müqayisədə 26,4% çoxdur (2023-cü ildə sutkada 178 min barellə müqayisədə) və bununla bağlı rekord nəticədir. Bloomberg keçən həftə Tuprasın qiymətlə bağlı Rusiya yanacağının alınmasını dayandırmağı planlaşdırdığını bildirmişdi.