Qazaxıstanın Aktau vilayətində AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatın 2025-ci ilin sonunadək təqdim edilməsi planlaşdırılır.
“İki sahil” bu barədə "Kommersant" Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayevə istinadla məlumat yayıb.
“ICAO-nun tələb və standartlarına və tövsiyə olunan təcrübələrinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, yekun hesabat bu ilin dekabr ayına kimi hazır olacaq”, – deyə, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev Astanada mətbuat konfransı zamanı jurnalistlərə bildirib.