16 fevral 2025 01:04
198

Iqlim böhranı: Okeanda buz təbəqəsi rekord səviyyədə aşağı düşüb

Planetin sərin qalmasına xidmət edən okeanlardakı buz təbəqəsi süni peykdən ötürülmüş məlumatlara görə rekord səviyyə aşağı düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Şimal və cənub qütblərində olan okean buzları və buzlaqları günəşin izafi enerjisini kosmosa geri qaytarmaqla bir növ güzgü rolunu oynayır və buz təbəqəsinin azalması bilavasitə iqlim dəyişikliyinə, o cümlədən qlobal istiləşməyə təkan verir.

Qlobal temperaturun yüksəlməsi isə buz təbəqəsinin daha da nazikləşməsinə və qütb sularının dərinliklərinin daha çox hərarət udmasına yol açır ki, bu da planetin istiləşməsini daha artırmış olur.

Bildirilir ki, 13 fevrala olan tarixə əsasən beş gün ərzində Arktika və Antarktikadakı dəniz buzunun ümumi sahəsi 15,76 milyon kvadrat kilometr təşkil edib. 2023-cü ilin (yanvar-fevral) eyni göstəricisi ilə müqayisədə (15,93 milyon kvadrat kilometr) bu yeni anti-rekordun qeydə alınmasından xəbər verir.