ABŞ-ın yeni administrasiyası əvvəlki administrasiya dövründə mövcud olan proqramlar çərçivəsində Latın Amerikası ölkələrindən və Ukraynadan gələn miqrantların bütün müraciətlərinə baxılmasını dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Qeyd edilir ki, Tramp administrasiyası qərarını təhlükəsizliklə bağlı narahatlıq və saxtakarlıq fəaliyyəti ilə izah edib. Bu barədə CBS News telekanalı adı açıqlanmayan iki Amerika rəsmisinə istinadla məlumat yayıb.
Ərizələri artıq işlənmə prosesində olan və qorunan statusa malik, sığınacaq və yaşıl kart da daxil olmaqla müxtəlif immiqrasiya müavinətləri üçün təsdiqlənə bilən bir çox miqrantlar indi qeyri-müəyyən vəziyyətdədirlər. Belə miqrantların dəqiq sayı məlum deyil, lakin rəqəm çox böyük ola bilər.