19 fevral 2025 12:21
157

Şəkillərə baxsanız, kimin qalib olduğunu görərsiniz - Kaja Kallas

Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqları fonunda Moskva qalib kimi görünür.

“İki sahil” xəbər verir ki,  bunu Avropa İttifaqının rəsmisi Kaja Kallas "Euractiv"ə bildirib.

“Səudiyyə Ərəbistanından olan şəkillərə baxsanız, ruslar qalibdir. Onların mövqeyi belədir: "İndi hamı bizə gəlir və istədiyimizi təklif edir" - deyə, Kallas qeyd edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında Rusiyadan olan nümayəndə heyəti ilə görüşdən sonra Kallas, həmçinin Fransa, Britaniya, İtaliya və Almaniyanın xarici işlər nazirləri ilə müzakirələr aparıb.