Avropa İttifaqı Ukraynaya 60 mindən çox olmayan hərbçinin iştirakı ilə hərbi missiya təklif edə bilər - bu, kontingent Kiyevin ehtiyacının onda biridir.
“İki sahil” xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti yazır.
NATO-nun Çevik Reaksiya Qüvvələrinin keçmiş komandanı və Əfqanıstandakı İtaliya kontingentinin keçmiş komandanı general Corcio Battistinin sözlərinə görə, Ukraynada 200 min nəfərlik hərbi missiyaya dəstək vermək üçün hər 6-8 aydan bir rotasiya həyata keçirmək üçün 600 min əsgərə ehtiyac var.
Qeyd olunur ki, Aİ hətta Böyük Britaniyanın da iştirakı ilə belə sayda hərbi kontingenti təmin edə bilməyəcək, çünki ölkələr öz müdafiələrini təmin etməlidirlər.
Nəşrin hesablamalarına görə, hər bir ölkə Kiyevə 5000-ə qədər hərbçi göndərə bilər.