16 fevral 2025 01:33
203

Berbok: Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır

"Bizim ən böyük düşmənimiz (Rusiya prezidenti Vladimir) Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib".

İki sahil” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək ABŞ-ın vitse-prezidenti Cey Di Vensin bəyanatına cavab olaraq deyib.

Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz.

Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Vens 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropanın ən böyük düşməni nə Rusiya, nə də Çindir. Onun sözlərinə görə, ABŞ-ın demokratik dəyərlərini bölüşməyən Avropa demokratiyasının ən böyük düşməni Avropanın öz daxilindədir.