16 fevral 2025 01:45
195

G7 XİN başçıları növbəti görüşünü 12-14 martda keçirəcək

G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) XİN başçılarının növbəti görüşü martın 12-dən 14-dək Kanadada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə G7 ölkələri XİN başçılarının qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda bildirilib.

“G7 ölkələrinin xarici işlər nazirləri martın 12-14-də Kanadanın Şarlevuada (Kvebek əyaləti) keçiriləcək görüşü səbirsizliklə gözləyirlər”, – sənəddə qeyd olunub.

Qeyd edək ki, 2025-ci ildə Kanada G7-yə sədrlik edir. 2018-ci ildə Şarlevuada G7 sammiti keçirilib.