Kiyev ABŞ administrasiyasının Vaşinqtona Ukraynanın nadir torpaq faydalı qazıntılarının 50 %-nə hüquq verilməsi müqabilində Ukraynaya yardım göstərilməsi planını rədd edib və qarşılıqlı təklif üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.
WP-nin məlumatına görə, Ukrayna Vaşinqtona ölkənin təbii sərvətlərinə daha geniş çıxış təklif etmək niyyətindədir. Bundan başqa, nəşr qeyd edib ki, Kiyev Vaşinqtonun faydalı qazıntılarla bağlı təklif etdiyi sövdələşmənin mətnini ABŞ-nin maliyyə naziri Skott Bessentin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsinə cəmi dörd saat qalmış alıb.
Məlumata görə, bu görüşdə maliyyə naziri Zelenskinin sazişi dərhal imzalamasında təkid edib, lakin o bunu etməyib.