Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
“İki sahil” xəbər verir ki, yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.
Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) meda qazanmağa çalışacaqlar.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.