19 fevral 2025 13:40
177

“Şamaxı”dan “Fakel”ə

“Şamaxı” komandası hücumçusu Belajdi Pusi ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki,  bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, futbolçunun transferi ilə bağlı Rusiya Premyer Liqasında çıxış edən “Fakel” (Voronej) klubu ilə razılıq əldə edilib. Pusi artıq Rusiya təmsilçisinin düşərgəsindədir və tibbi baxışdan keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Mövsümün əvvəlində komandaya qoşulan Belajdi Pusi “Şamaxı” forması ilə 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.