Ukraynada Donald Trampın bu qədər maraq göstərdiyi nadir torpaq ehtiyatlarından heç birinə sahib deyil. Ukrayna ilə bağlı hadisə ABŞ-ın ilk belə səhvi deyil. 2010-cu ildə Əfqanıstanda mineral ehtiyatların, o cümlədən litiumun aşkar edildiyi açıqlandı. Onların dəyəri 1 trilyon dollar qiymətləndirilirdi. Amma Məlumatların yanlış olduğu ortaya çıxdı.
“İki sahil” xəbər verir ki, bunu "Bloomberq"ə minerallar sahəsində ekspert Xavyer Blas deyib.
ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, Ukrayna bu elementlərin diqqətəlayiq ehtiyatı olan ölkələrin siyahısında belə yoxdur.
Fevralın əvvəlində prezident Tramp Ukraynanın nadir torpaq elementlərinin böyük ehtiyatlarına malik olduğunu elan edib və daha sonra saziş təklif edib: nadir torpaq elementləri müqabilində yardım. Daha sonra konkret məbləğ də qeyd edildi - 500 milyard dollar!
Amma ekspert deyir ki, problem ondadır ki, dünyada ildə təxminən 15 milyard dollar dəyərində belə elementlər çıxarılır.