Birləşmiş Ştatlar Rusiya ilə sanksiyaların ləğv olunması məsələsini müzakirə etməyib.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında bildirib.
“Avropalıların və Avropa İttifaqının Rusiyaya qarşı öz sanksiyalar paketi var. Biz hətta bütün sanksiyaları ləğv etsək belə, hərçənd bunun heç müzakirəsi getməyib - avropalılar da öz sanskiyalarını ləğv edəsi olacaqlar”, -deyə Rubio öz “X” səhifəsində yazıb.
Amerikalı ali diplomatın sözlərinə görə, buna lüzum yarandıqda bu barədə avropalılarla da məsləhətləşmələr aparılacaq.
“Amma biz hazırda bu mərhələdə deyilik”, - deyə Rubio vurğulayıb.