20 fevral 2025 16:14
168

Avropa İttifaqı TƏŞVİŞ İÇİNDƏ

Avropa İttifaqının diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar.

“İki sahil” xəbər verir ki,  “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, avropalı diplomatlar ABŞ-ın hələ ki Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq və hətta onları gücləndirmək niyyətində olduğuna dair siqnallar alır. Lakin bu, Tramp administrasiyasının Rusiya ilə iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq məqsədlərilə ziddiyyət təşkil edir. Odur ki, Brüssel Vaşinqtondan gələn ziddiyyətli bəyanatlar səbəbindən ABŞ-ın məhdudiyyətləri aradan qaldıracağından ehtiyatlanır.

“Əgər ABŞ Moskvaya qarşı məhdudiyyət tədbirlərini ləğv edərsə, Rusiya qlobal maliyyə səddindəki boşluqdan istifadə edərək bir çox sahələrdə həmişəki kimi normal fəaliyyət göstərə biləcək”, - deyə nəşr vurğulayır.

Qeyd edək ki, fevralın 19-da Avropa İttifaqının daimi nümayəndələri ABŞ-ın ziddiyyətli siqnalları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər.