21 fevral 2025 12:22
147

İraqın şimalında Türkiyə ordusuna qarşı terror hazırlayan PKK-çılar öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı-MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının silahlıları Zəhra Sebat və Serhat Ərdoğan öldürülüb.

“İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə MİT məlumat yayıb.

Bildirilib ki, İraqın Hakurk bölgəsində keçirilən əməliyyat nəticəsində “Rojda Azad” kod adlı Zehra Sebat və “Cirav Cudi” kod adlı Serhat Ərdoğan öldürülüb. Onlar Türkiyə Silahlı Qüvvələrinə qarşı terror hücumu hazırlayırmış.

Zehra Sebat 2011-ci ildə PKK sıralarına qatılıb. Uzun müddət İraqın şimalında fəaliyyət göstərib. Serhat Erdoğan 2021-ci ildə PKK terror qruplaşmasının sıralarına qatılıb. İraqın şimalında terror dəstəsinin düşərgəsində silahlı təlim alıb. O, son zamanlar qruplaşmanın xüsusi dəstəsində fəaliyyət göstərib.