20 fevral 2025 23:27
154

Rusiya Ukraynanın itkilərini açıqladı - 1093-cü gün

Rusiya müharibənin 1093-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 655 təyyarəsi, 283 helikopteri, 44 007 PUA-sı, 594 zenit-raket kompleksi, 21 534 tank və digər zirehli texnikası, 1 518 reaktiv yaylım atəş sistemi, 21 883 artilleriya və minaatanı, 31 846 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.