20 fevral 2025 22:31
166

Bakıda yollarda qarın təmizlənməsi üçün 100-ə yaxın texnika cəlb edilib

Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.