21 fevral 2025 20:36
130

ADY-nin qatarları qarlı-çovğunlu hava şəraitində qrafik üzrə hərəkət edir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarları qarlı-çovğunlu hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

“İki sahil” bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hava şəraiti, xüsusilə yağıntının miqdarı və küləyin gücü nəzərə alınaraq qatarların sürət həddi təhlükəsiz hərəkəti təmin edəcək şəkildə tənzimlənir.

Bu səbəbdən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Sərnişinlərə anlayışları üçün təşəkkür edir, rahat və təhlükəsiz səfərlər diləyirik", - deyə ADY bəyan edib.