22 fevral 2025 15:06
119

Binəqədidə yanğın: 2 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.