22 fevral 2025 15:49
115

Avtobuslar adi qrafik ilə fəaliyyətini davam etdirir

Bu gün avtobuslar adi qrafik ilə fəaliyyətini davam etdirir. Ötən gün tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılıb.

İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün daşıyıcılar gücləndirilmiş rejimdə çalışır. AYNA-nın Monitorinq Mərkəzi nəzarəti davam etdirir.

Bütün marşrutlar üzrə avtobuslar xəttə buraxılıb və sərnişin tələbatına uyğun daşımalar aparılır.

Diqqət! Kəskin hava şəraitinə görə bəzi məhdudiyyətlər ola bilər. Anlayışınıza görə təşəkkür edirik!