22 fevral 2025 17:25
180

Bakıda əri tərəfindən bıçaqlanan qadın və oğlunun vəziyyəti açıqlandı - YENİLƏNİB

Dünən gecə liftdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadının və dörd yaşlı oğlunun vəziyyəti məlum olub.

“İki sahil” xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, 22 fevral 2025-ci il tarixdə Təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə iki nəfər (kişi və qadın cinsli) olmaqla Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

O qeyd edib ki, onlardan birinə - 2021-ci il təvəllüdlü (kişi cinsli) şəxs bədəninin müxtəlif yerlərində səthi kəsilmiş yaralarla ilkin tibbi yardım göstərilib, sonra evə buraxılıb.

"Digər 1988-ci il təvəllüdlü (qadın cinsli) şəxs daxilinə nüfuz etmiş kəsilmiş-deşilmiş yaralarla reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə R.Məmməd əlavə edib.

***

Dünən gecə Bakı şəhərində kişi öz həyat yoldaşını və dörd yaşlı oğlunu bıçaqlayıb.

Kişi dörd yaşlı oğlu İlham Əfəndiyev və həyat yoldaşı Aysel Əfəndiyevaya liftdə çoxsaylı bıçaq zərbələri endirib.

Xəsarət alan ana və oğlu təcili xəstəxanaya yerləşdirilib.

Trend