22 fevral 2025 17:05
174

Qarlı havada 165 nəfər xəsarət alıb

Qarlı havada 165 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Məlumata görə, hava şəraiti ilə əlaqəli olaraq indiyə qədər xəsarət alan 165 nəfər instituta müraciət edib.

Qeyd edilib ki, onlardan 13 nəfərinə cərrahi müalicə tətbiq olunub.