22 fevral 2025 18:18
109

Bakıda şərab mağazasından 4 minlik oğurluq edənlər tutuldu

Bakıda şərab evindən oğurluq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən şərab evlərinin birindən 3981 manat pul vəsaitini oğurlamaqda şübhəli bilinən İ.Bakirov, N.Yusifov və R.Əmiraslanov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.